Ana Sayfa > Xəbər > Saakaşvili Gürcüstandakı son dayağını itirdi
Saakaşvili Gürcüstandakı son dayağını itirdi4-11-2015, 16:26. Yazar: admin |
“Rustavi-2” televiziyası ilə bağlı məhkəmə prosesi başa çatıb. Axar.az xəbər verir ki, bu barədə informasiyanı Gürcüstan mətbuatı yayıb. Məhkəmə televiziyanın bütün səhmlərinin biznesmen Kibar Xalvaşiyə verilməsi haqqında qərar çıxarıb. Mətbuata açıqlama verən Xalvaşi isə hüquqlarının bərpa olunduğunu və Saakaşvili üzərində qələbə qazandığını bildirib. Qeyd edək ki, 2004-2012-ci illər arasında “Rustavi-2” televiziyası 20 dəfə rəhbər dəyişikliyinə məruz qalıb. Kanalın sonuncu sahibləri eks-prezident Mixail Saakaşviliyə yaxınlıqları ilə seçilən Levan və Georgi Karamanişvili qardaşları olublar. Bu televiziya indiyə qədər Saakaşvilinin Gürcüstandakı sonuncu dayaqlarından biri hesab edilirdi. Müxalifət və televiziya rəhbərliyi “Rustavi-2” telekanalı ilə bağlı məhkəmə prosesini keçmiş Baş nazir Bidzina İvanişvilinin təşkil etdiyini iddia edir. Geri dön |