Azərbaycan Rusiyanın QLONASS sisteminə qoşula bilər
Tarix: 30-10-2015, 14:26 | Çap et
Azərbaycan Rusiyanın QLONASS sisteminə qoşula bilər
Azərbaycan gələcəkdə Rusiyanın QLONASS (ABŞ-ın GPS sisteminin analoqu) sisteminin inkişafına qoşula bilər.
"APA-Economics" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə "Azərkosmos" ASC-nin sədri Rəşad Nəbiyev bildirib.

"Azərbaycanla Rusiya müxtəlif sahələrdə əməkdaşlıq edir. Əgər bu sistemin inkişafına gələcəkdə bir töhfə verə biləriksə, buna qoşula bilərik. Bunun üçün tərəflərin qarşılıqlı anlayışı olmalıdır", - deyə R. Nəbiyev bildirib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net