Ana Sayfa > Xəbər > Azərbaycan Rusiyanın QLONASS sisteminə qoşula bilər
Azərbaycan Rusiyanın QLONASS sisteminə qoşula bilər30-10-2015, 14:26. Yazar: admin |
Azərbaycan gələcəkdə Rusiyanın QLONASS (ABŞ-ın GPS sisteminin analoqu) sisteminin inkişafına qoşula bilər. "APA-Economics" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə "Azərkosmos" ASC-nin sədri Rəşad Nəbiyev bildirib. "Azərbaycanla Rusiya müxtəlif sahələrdə əməkdaşlıq edir. Əgər bu sistemin inkişafına gələcəkdə bir töhfə verə biləriksə, buna qoşula bilərik. Bunun üçün tərəflərin qarşılıqlı anlayışı olmalıdır", - deyə R. Nəbiyev bildirib. Geri dön |