Putin pioner hərəkatını qaytarır
Tarix: 30-10-2015, 13:19 | Çap et
Putin pioner hərəkatını qaytarır
Rusiya prezidenti Vladimir Putin oktyabrın 29-da Rusiya məktəbliləri hərəkatının yaradılması barədə fərman imzalayıb.

Keçmiş KQB əməkdaşı olan Putin 15 illik hakimiyyəti dövründə bir sıra keçmiş sovet simvollarını bərpa edib.

1922-ci ildə keçmiş Sovet İttifaqında yaradılan pioner hərəkatı 1991-ci ildə buraxıldı. Həmin dövrdə 9-14 yaşadək hər bir şagird bu hərəkatın üzvü olmalı idi.

Pionerlərin simvolu isə qırmızı qalstuk idi.

Oktyabrın 29-da isə 1918-ci ildə keçmiş Sovet İttifaqında yaradılmış komsomol hərəkatının 97-ci il dönümü tamam olur.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net