Ana Sayfa > Xəbər > Putin pioner hərəkatını qaytarır
Putin pioner hərəkatını qaytarır30-10-2015, 13:19. Yazar: admin |
Rusiya prezidenti Vladimir Putin oktyabrın 29-da Rusiya məktəbliləri hərəkatının yaradılması barədə fərman imzalayıb. Keçmiş KQB əməkdaşı olan Putin 15 illik hakimiyyəti dövründə bir sıra keçmiş sovet simvollarını bərpa edib. 1922-ci ildə keçmiş Sovet İttifaqında yaradılan pioner hərəkatı 1991-ci ildə buraxıldı. Həmin dövrdə 9-14 yaşadək hər bir şagird bu hərəkatın üzvü olmalı idi. Pionerlərin simvolu isə qırmızı qalstuk idi. Oktyabrın 29-da isə 1918-ci ildə keçmiş Sovet İttifaqında yaradılmış komsomol hərəkatının 97-ci il dönümü tamam olur. Geri dön |