Qripi bir sutkaya sağaldan dərman hazırlandı
Tarix: 30-10-2015, 12:31 | Çap et
Qripi bir sutkaya sağaldan dərman hazırlandı
Yaponiyada insanı qripdən bir sutkaya sağaldan dərman hazırlanıb.

Avropa.info xəbər verir ki, yeni preparat virusun yayılması üçün əsas olan fermentlərin qarşısını alır. Dərman artıq sınaqdan çıxarılıb. Əczaçılar əmindirlər ki, tam sağalmaq üçün bir sutka bəs edəcək.

Yeni dərmanın 2018-ci ildə apteklərdə olacağı güman edilir.

Bu ilin avqust ayında amerikan alimləri insanı bütün növ qriplərdən müdafiə edə biləcək vaksin üzərində işlədiklərini bəyan etmişdilər.

Hal-hazırda dünyada 2000 növdən çox qrip virusu aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, hər il baş verən qrip epidemiyalarından 250-500 min adam ölür.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net