Ana Sayfa > Xəbər > Qripi bir sutkaya sağaldan dərman hazırlandı
Qripi bir sutkaya sağaldan dərman hazırlandı30-10-2015, 12:31. Yazar: admin |
Yaponiyada insanı qripdən bir sutkaya sağaldan dərman hazırlanıb. Avropa.info xəbər verir ki, yeni preparat virusun yayılması üçün əsas olan fermentlərin qarşısını alır. Dərman artıq sınaqdan çıxarılıb. Əczaçılar əmindirlər ki, tam sağalmaq üçün bir sutka bəs edəcək. Yeni dərmanın 2018-ci ildə apteklərdə olacağı güman edilir. Bu ilin avqust ayında amerikan alimləri insanı bütün növ qriplərdən müdafiə edə biləcək vaksin üzərində işlədiklərini bəyan etmişdilər. Hal-hazırda dünyada 2000 növdən çox qrip virusu aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, hər il baş verən qrip epidemiyalarından 250-500 min adam ölür. Geri dön |