Yaqub Eyyubov MDB baş nazirlərinin iclasında
Tarix: 30-10-2015, 11:50 |
Çap et
Bu gün Tacikistanın paytaxtı Düşənbədə MDB-yə üzv ölkələrin hökumət başçılarının növbəti iclası keçirilir.
Virtualaz.org Rusiya KİV-nə istinadən xəbər verir ki,iclasda yaxın perspektivdə MDB-yə üzv ölkələrinin əməkdaşlığının prioritet istiqamətləri nəzərdən keçiriləcək.
Sammitdə Qazaxıstan, Qırğızıstan, Ermənistan, Moldova, Ermənistan, Azərbaycan və Belarus baş nazirlərinin iştirak edəcəyi gözlənilir.
Proqrama əsasən, oktyabrın 30-u Tacikistan prezidenti Emomali Rahmon iclas iştirakçılarını qəbul edəcək.
İclasın yekunlarına dair mətbuat konfransı keçiriləcək.
Qeyd edək ki, tədbirdə Azərbaycanı baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edir.