Ana Sayfa > Xəbər > Yaqub Eyyubov MDB baş nazirlərinin iclasında

Yaqub Eyyubov MDB baş nazirlərinin iclasında


30-10-2015, 11:50. Yazar: admin
Yaqub Eyyubov MDB baş nazirlərinin iclasında
Bu gün Tacikistanın paytaxtı Düşənbədə MDB-yə üzv ölkələrin hökumət başçılarının növbəti iclası keçirilir.

Virtualaz.org Rusiya KİV-nə istinadən xəbər verir ki,iclasda yaxın perspektivdə MDB-yə üzv ölkələrinin əməkdaşlığının prioritet istiqamətləri nəzərdən keçiriləcək.

Sammitdə Qazaxıstan, Qırğızıstan, Ermənistan, Moldova, Ermənistan, Azərbaycan və Belarus baş nazirlərinin iştirak edəcəyi gözlənilir.

Proqrama əsasən, oktyabrın 30-u Tacikistan prezidenti Emomali Rahmon iclas iştirakçılarını qəbul edəcək.

İclasın yekunlarına dair mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, tədbirdə Azərbaycanı baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edir.

Geri dön