Prezident Administrasiyasında sahibkarlarla bağlı xüsusi komissiya yaradılıb
Tarix: 29-10-2015, 16:24 | Çap et
Prezident Administrasiyasında sahibkarlarla bağlı xüsusi komissiya yaradılıb
Moderator.az özəl mənbəyə əsasən xəbər verir ki, Prezident Administrasiyasında sahibkarların problem və şikayətini dinləmək üçün xüsusi komissiya yaradılıb. Komissiya respublikanın dörd bir yerindən Prezident Administrasiyasına üz tutan sahibkarların problemi ilə maraqlanır, onları narazı salan məqamları qeyd edir, onların fəaliyyətinə hansı dövlət qurumlarının maneçilik yaratdığını müəyyənləşdirir.
Mənbənin sözlərinə görə, komissiya tərəfindən şikayətləri saytımızda işıqlandırılan Tərtər, İmişli və s. rayonların sahibkarlarının problemi də dinlənilib, lazımi qeydlər aparılıb.
Məlumata görə, 1 noyabr seçkilərindən sonra sahibkarların probleminin həlli istiqamətində komissiya tərəfindən konkret addımların atılacağı gözlənilir. Sahibkarları narazı salan halların aradan qaldırılmasının bəzi dövlət qurumlarının cəzalandırılması fonunda həyata keçiriləcəyi də istisna edilmir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net