Ana Sayfa > Xəbər > Prezident Administrasiyasında sahibkarlarla bağlı xüsusi komissiya yaradılıb

Prezident Administrasiyasında sahibkarlarla bağlı xüsusi komissiya yaradılıb


29-10-2015, 16:24. Yazar: admin
Prezident Administrasiyasında sahibkarlarla bağlı xüsusi komissiya yaradılıb
Moderator.az özəl mənbəyə əsasən xəbər verir ki, Prezident Administrasiyasında sahibkarların problem və şikayətini dinləmək üçün xüsusi komissiya yaradılıb. Komissiya respublikanın dörd bir yerindən Prezident Administrasiyasına üz tutan sahibkarların problemi ilə maraqlanır, onları narazı salan məqamları qeyd edir, onların fəaliyyətinə hansı dövlət qurumlarının maneçilik yaratdığını müəyyənləşdirir.
Mənbənin sözlərinə görə, komissiya tərəfindən şikayətləri saytımızda işıqlandırılan Tərtər, İmişli və s. rayonların sahibkarlarının problemi də dinlənilib, lazımi qeydlər aparılıb.
Məlumata görə, 1 noyabr seçkilərindən sonra sahibkarların probleminin həlli istiqamətində komissiya tərəfindən konkret addımların atılacağı gözlənilir. Sahibkarları narazı salan halların aradan qaldırılmasının bəzi dövlət qurumlarının cəzalandırılması fonunda həyata keçiriləcəyi də istisna edilmir.

Geri dön