Türkmənistanla sərhəddə əməliyyat: 140 nəfər talib öldürüldü
Tarix: 28-10-2015, 13:20 | Çap et
Türkmənistanla sərhəddə əməliyyat: 140 nəfər talib öldürüldü
Əfqanıstan ordusu Türkmənistan sərhədində yerləşən Qormaç qəzasını “Taliban”dan azad etmək üçün əməliyyat keçirib. Əməliyyat nəticəsində 140 talib ödürülüb

Virtualaz.org interfaks-a istinadən bildirir ki, bu barədə jurnalistlərə bölgənin polis rəisi Səid Oqo Andarobi məlumat verib.

Andarobi deyib ki, aparılan əməliyyat zamanı “Taliban”ın üç müdafiə xətti dağıdılıb, mühasirədə olan hökumət qoşunlarının yolu açılıb.

Xatırladaq ki, Qormaç qəzası taliblər tərəfindən 10 gün əvvəl tutulmuşdu. Hücum nəticəsində qəzanın polis rəisi öldürülmüş, 17 polis itkin düşmüşdü.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net