Ana Sayfa > Xəbər > Türkmənistanla sərhəddə əməliyyat: 140 nəfər talib öldürüldü
Türkmənistanla sərhəddə əməliyyat: 140 nəfər talib öldürüldü28-10-2015, 13:20. Yazar: admin |
Əfqanıstan ordusu Türkmənistan sərhədində yerləşən Qormaç qəzasını “Taliban”dan azad etmək üçün əməliyyat keçirib. Əməliyyat nəticəsində 140 talib ödürülüb Virtualaz.org interfaks-a istinadən bildirir ki, bu barədə jurnalistlərə bölgənin polis rəisi Səid Oqo Andarobi məlumat verib. Andarobi deyib ki, aparılan əməliyyat zamanı “Taliban”ın üç müdafiə xətti dağıdılıb, mühasirədə olan hökumət qoşunlarının yolu açılıb. Xatırladaq ki, Qormaç qəzası taliblər tərəfindən 10 gün əvvəl tutulmuşdu. Hücum nəticəsində qəzanın polis rəisi öldürülmüş, 17 polis itkin düşmüşdü. Geri dön |