İstirahət günləri Azərbaycandakı yol qəzalarında 5 nəfər ölüb, 20 nəfər yaralanıb
Tarix: 26-10-2015, 12:59 |
Çap et
İstirahət günləri Azərbaycanda baş vermiş yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.
Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, oktyabrın 24-də Azərbaycanda 9 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 2 nəfər ölüb, 10 nəfər yaralanıb.
Oktyabrın 25-də isə 8 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 3 nəfər ölüb, 10 nəfər yaralanıb.
Hər bir faktla bağlı araşdırma aparılır.