Ana Sayfa > Xəbər > İstirahət günləri Azərbaycandakı yol qəzalarında 5 nəfər ölüb, 20 nəfər yaralanıb
İstirahət günləri Azərbaycandakı yol qəzalarında 5 nəfər ölüb, 20 nəfər yaralanıb26-10-2015, 12:59. Yazar: admin |
İstirahət günləri Azərbaycanda baş vermiş yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb. Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, oktyabrın 24-də Azərbaycanda 9 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 2 nəfər ölüb, 10 nəfər yaralanıb. Oktyabrın 25-də isə 8 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 3 nəfər ölüb, 10 nəfər yaralanıb. Hər bir faktla bağlı araşdırma aparılır. Geri dön |