Bakıda maskalı şəxslər evə basqın etdilər
Tarix: 22-10-2015, 16:10 | Çap et
Bakıda maskalı şəxslər evə basqın etdilər
Bakıda maskalı şəxslər evə basqın edib. Hadisə Binəqədi rayonu ərazisində baş verib.

Musavat.com xəbər verir ki, iki maskalı şəxs 1994-cü il təvəllüdlü Aysel Hüseynovanın Binəqədi qəsəbəsi 1-ci Mədən korpusunda yerləşən mənzilinə basqın ediblər.

Mənzilə pəncərədən daxil olan maskalı şəxslərdən biri ev sahibinin ağzını yastıqla tutub. Digər şəxs isə evdə olan qızıl üzük, qızıl boyunbağı və 1 cüt qızıl sırğanı götürüb.

Maskalı şəxslər hadisə yerindən qaçıblar.

Faktla bağlı Binəqədi polisi tərəfindən araşdırma aparılır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net