Ana Sayfa > Xəbər > Bakıda maskalı şəxslər evə basqın etdilər
Bakıda maskalı şəxslər evə basqın etdilər22-10-2015, 16:10. Yazar: admin |
Bakıda maskalı şəxslər evə basqın edib. Hadisə Binəqədi rayonu ərazisində baş verib. Musavat.com xəbər verir ki, iki maskalı şəxs 1994-cü il təvəllüdlü Aysel Hüseynovanın Binəqədi qəsəbəsi 1-ci Mədən korpusunda yerləşən mənzilinə basqın ediblər. Mənzilə pəncərədən daxil olan maskalı şəxslərdən biri ev sahibinin ağzını yastıqla tutub. Digər şəxs isə evdə olan qızıl üzük, qızıl boyunbağı və 1 cüt qızıl sırğanı götürüb. Maskalı şəxslər hadisə yerindən qaçıblar. Faktla bağlı Binəqədi polisi tərəfindən araşdırma aparılır. Geri dön |