İran Rusiya şirkətlərinə 25 milyard dollar dəyərində layihələr təklif etdi
Tarix: 22-10-2015, 14:27 | Çap et
İran Rusiya şirkətlərinə 25 milyard dollar dəyərində layihələr təklif etdi
Rusiya şirkətlərinə 25 milyard dollar dəyərində 121 nəqliyyat layihəsi təklif etmişik. Bunu İranın yol və şəhərsalma naziri Abbas Axundi Rusiyanın enrgetika naziri Aleksandr Novak ilə görüşdən sonra jurnalistlərə deyib.

Trend-in məlumatına görə, bu barədə İranın "İRNA" agentliyi məlumat verib.

A.Axundi deyib ki, Rusiya İranda müxtəlif layihələrin reallaşdırılmasında sərmayə yatırmaqda maraqlı olduğunu bildirib: “İlk layihə olaraq Gərmsar - İncəburun dəmir yolu xəttinin elektrikləşdirilməsi layihəsini Rusiya şirkətləri həyata keçirəcək. Bu layihənin dəyəri 1,2 milyard dollardır”.

O deyib ki, bu layihənin icrası ilə iki ölkə arasındakı əlaqələrdə yeni səhifə açılacaq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net