Ana Sayfa > Xəbər > İran Rusiya şirkətlərinə 25 milyard dollar dəyərində layihələr təklif etdi
İran Rusiya şirkətlərinə 25 milyard dollar dəyərində layihələr təklif etdi22-10-2015, 14:27. Yazar: admin |
Rusiya şirkətlərinə 25 milyard dollar dəyərində 121 nəqliyyat layihəsi təklif etmişik. Bunu İranın yol və şəhərsalma naziri Abbas Axundi Rusiyanın enrgetika naziri Aleksandr Novak ilə görüşdən sonra jurnalistlərə deyib. Trend-in məlumatına görə, bu barədə İranın "İRNA" agentliyi məlumat verib. A.Axundi deyib ki, Rusiya İranda müxtəlif layihələrin reallaşdırılmasında sərmayə yatırmaqda maraqlı olduğunu bildirib: “İlk layihə olaraq Gərmsar - İncəburun dəmir yolu xəttinin elektrikləşdirilməsi layihəsini Rusiya şirkətləri həyata keçirəcək. Bu layihənin dəyəri 1,2 milyard dollardır”. O deyib ki, bu layihənin icrası ilə iki ölkə arasındakı əlaqələrdə yeni səhifə açılacaq. Geri dön |