Almaniya DÇ-yə ev sahibliyini pulla alıbmış – Yeni korrupsiya qalmaqalı
Tarix: 21-10-2015, 11:33 | Çap et
Almaniya DÇ-yə ev sahibliyini pulla alıbmış – Yeni korrupsiya qalmaqalı
“Spiegel” jurnalı Almaniyanın 2006-cı ildə Dünya Çempinatı kubokunu pulla satın aldığını iddia edib. Bu xəbər ölkədə insanlar arasında şok effekti yaradıb.

AzVision.az xəbər verir ki, jurnalın irəli sürdüyü versiyaya görə, 2006-cı ildə Almaniyanın qazandığı dünya kuboku rüşvətlə satın alınıb. Frans Bekenbauer və “Adidas” firmasının eks-rəhbəri Louis Dreyfussun həmin dövrə aid olan birgə şəklini yayan Almaniya nəşri onu da yazır ki, 6,7 miliyon avro ianə qarşılığında “Adidas” şirkətinin rəsmiləri “FİFA”-nın Asiya üzrə idarəedici müavinlərindən 4 səs alıblar. Beləcə, 2000-ci ildə keçirilən səsvermə nəticəsində Almaniya 11 səs qazanıb.

Tezliklə rüşvət faktı əlaqədar Almaniya futbolunda istintaq araşdırmalarına başlanılacağı deyilir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net