Ana Sayfa > Xəbər > Almaniya DÇ-yə ev sahibliyini pulla alıbmış – Yeni korrupsiya qalmaqalı
Almaniya DÇ-yə ev sahibliyini pulla alıbmış – Yeni korrupsiya qalmaqalı21-10-2015, 11:33. Yazar: admin |
“Spiegel” jurnalı Almaniyanın 2006-cı ildə Dünya Çempinatı kubokunu pulla satın aldığını iddia edib. Bu xəbər ölkədə insanlar arasında şok effekti yaradıb. AzVision.az xəbər verir ki, jurnalın irəli sürdüyü versiyaya görə, 2006-cı ildə Almaniyanın qazandığı dünya kuboku rüşvətlə satın alınıb. Frans Bekenbauer və “Adidas” firmasının eks-rəhbəri Louis Dreyfussun həmin dövrə aid olan birgə şəklini yayan Almaniya nəşri onu da yazır ki, 6,7 miliyon avro ianə qarşılığında “Adidas” şirkətinin rəsmiləri “FİFA”-nın Asiya üzrə idarəedici müavinlərindən 4 səs alıblar. Beləcə, 2000-ci ildə keçirilən səsvermə nəticəsində Almaniya 11 səs qazanıb. Tezliklə rüşvət faktı əlaqədar Almaniya futbolunda istintaq araşdırmalarına başlanılacağı deyilir. Geri dön |