Türkiyənin vurduğu PUA-nın sahibi BƏLLİ OLDU
Tarix: 20-10-2015, 11:21 |
Çap et
Hafta.az-ın "Milliyət"ə istinadən verdiyi xəbərə görə 3 gün öncə Suriya ilə sərhəddə Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən vurulan pilotsuz uçuş aparatının (PUA) sahibi bəlli olub.
Türkiyənin baş naziri Əhməd Davudoğlu dünən axşam mediaya verdiyi açıqlamada PUA-nın Rusiya istehsalı olduğunu bildirib. Ancaq kəşfiyyat qurğusunun kim tərəfindən idarə edildiyi və hansı güclərə məxsus olduğu hələ ki, açıqlanmayıb.
Hafta.az-ın daha öncə də xəbər verdiyi kimi, üç gün öncə Türkiyənin Suriya ilə sərhəd hava məkanında pilotsuz uçuş aparatı vurulmuşdu. Buna baxmayaraq PUA-nın kimə və ya hansı silahlı qüvvələrə məxsus olduğu təsbit edilə bilməmişdi.
Suriyada İŞİD-in nəzarət etdiyi bölgədən qaldırılan aparatın hansı ölkə istehsalı olduğu və kim tərəfindən qaldırıldığı da müəmmalı suallardan idi.
Qeyd edək ki, üç dəfə ultrasiqnal xəbərdarlığına məhəl qoymayan naməlum PUA sərhəddi keçər-keçməz endirilib.