Ana Sayfa > Xəbər > Türkiyənin vurduğu PUA-nın sahibi BƏLLİ OLDU
Türkiyənin vurduğu PUA-nın sahibi BƏLLİ OLDU20-10-2015, 11:21. Yazar: admin |
Hafta.az-ın "Milliyət"ə istinadən verdiyi xəbərə görə 3 gün öncə Suriya ilə sərhəddə Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən vurulan pilotsuz uçuş aparatının (PUA) sahibi bəlli olub. Türkiyənin baş naziri Əhməd Davudoğlu dünən axşam mediaya verdiyi açıqlamada PUA-nın Rusiya istehsalı olduğunu bildirib. Ancaq kəşfiyyat qurğusunun kim tərəfindən idarə edildiyi və hansı güclərə məxsus olduğu hələ ki, açıqlanmayıb. Hafta.az-ın daha öncə də xəbər verdiyi kimi, üç gün öncə Türkiyənin Suriya ilə sərhəd hava məkanında pilotsuz uçuş aparatı vurulmuşdu. Buna baxmayaraq PUA-nın kimə və ya hansı silahlı qüvvələrə məxsus olduğu təsbit edilə bilməmişdi. Suriyada İŞİD-in nəzarət etdiyi bölgədən qaldırılan aparatın hansı ölkə istehsalı olduğu və kim tərəfindən qaldırıldığı da müəmmalı suallardan idi. Qeyd edək ki, üç dəfə ultrasiqnal xəbərdarlığına məhəl qoymayan naməlum PUA sərhəddi keçər-keçməz endirilib. Geri dön |