Hacıqabulda 48 yaşlı lal-kar kişini maşın vurub öldürdü
Tarix: 20-10-2015, 10:57 | Çap et
Hacıqabulda 48 yaşlı lal-kar kişini maşın vurub öldürdü
Bakı-Qazax avtomobil yolunun 131-ci km-də, Hacıqabul rayonunun Muğan kəndi ərazisində 06 BA 164 dövlət nömrə nişanlı “VAZ 2106” markalı avtomobillə yolu keçmək istəyən rayon sakini, 1967-ci il təvəllüdlü Xıdırov Arif Həmid oğlu vurulub.

Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Virtualaz.org saytının Şirvan bürosunun əldə etdiyi məlumata görə, Arif Xıdırov lal-kardır. Eyni zamanda irsi olaraq onun qardaşları da lal-kardırlar.

Maraqlıdır ki, hadisə baş verən kimi sürücü özü DİN-nin 102 xidmətinə məlumat verib.

Faktla bağlı Dövlət Yol Polisinin İstintaq İdarəsində araşdımalara başlanılıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net