Ana Sayfa > Xəbər > Hacıqabulda 48 yaşlı lal-kar kişini maşın vurub öldürdü
Hacıqabulda 48 yaşlı lal-kar kişini maşın vurub öldürdü20-10-2015, 10:57. Yazar: admin |
Bakı-Qazax avtomobil yolunun 131-ci km-də, Hacıqabul rayonunun Muğan kəndi ərazisində 06 BA 164 dövlət nömrə nişanlı “VAZ 2106” markalı avtomobillə yolu keçmək istəyən rayon sakini, 1967-ci il təvəllüdlü Xıdırov Arif Həmid oğlu vurulub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb. Virtualaz.org saytının Şirvan bürosunun əldə etdiyi məlumata görə, Arif Xıdırov lal-kardır. Eyni zamanda irsi olaraq onun qardaşları da lal-kardırlar. Maraqlıdır ki, hadisə baş verən kimi sürücü özü DİN-nin 102 xidmətinə məlumat verib. Faktla bağlı Dövlət Yol Polisinin İstintaq İdarəsində araşdımalara başlanılıb. Geri dön |