İmişli Qaz İstismar idarəsində sayğac özbaşınalığı (FOTO)
Tarix: 3-04-2015, 16:44 | Çap et
İmişli Qaz İstismar idarəsində sayğac özbaşınalığı (FOTO)
İmişli rayonu Həzi Aslanov küçəsinin sakinləri Qaz İstismar idarəsinin törətdiyi özbaşınalığın qurbanı olublar.

Avropa.info-nun əldə etdiyi məlumata görə sözügedən küçənin sakinlərinin qaz təchizatı kəsilərək 392 manat məbləğində cərimə olunublar.

Hadisənin qurbanlarından olan H.Aslanov küçəsi ev 49-da yaşayan İmanov Pərvin Akif oğlunun dediyinə görə 2015-ci ilin fevral ayının 27-i İmişli rayon Qaz İstismar idarəsinin işçiləri həmin ünvana gələrək sayğacın şübhəli olduğunu bildiriblər. Daha sonar isə onlar qaz sayğacını çıxardaraq araşdırma üçün aparıblar.

“Sayğacı apararkən sayğacın qurğuşum plombu üstündə idi. Amma bir gün sonra bizə dedilər ki, güya sayğacın zavodda vurulma qurğuşun plombu üstündə deyilmiş. Məhz bu bəhanə ilə də bizi 392 manat məbləğində cərimə edərək qazımızı kəsdilər və yerini qaynaq ilə bağladılar. Biz mütəmadi olaraq hər ay 50, 60, 68, 70 manat qaz pulu ödəmişik. Qəbzlərdə əlimizdədir. Bu qədər qaz pulu ödəyiriksə necə müdaxilə etmişik sayğaca? Bizə isə cərimə ilə bağlı heç bildiriş də verilmədi. Nə edəcəyimizi bilmirik, bir aydan çoxdur qazsız qalmışıq. Xahiş edirik rəhbərlik bizə kömək göstərsin.”

Həmin küçənin digər sakini ev 43-də yaşayan Ağayev Niyazi Əliağa oğlu da eyni vəziyyətlə qarşılaşdığını bildirir. Onlar da İmişli rayon Qaz İstismar idarəsinin əməkdaşları tərəfindən qazları qaynaq ilə kəsilərək 392 manat məbləğində cərimə olunublar.

N. Ağayevin dediyinə görə onlara da cərimə barədə heç bir bildiriş təqdim olunmayıb. Əksinə idarənin əməkdaşları onlardan 392 manat məbləğində pulu birbaşa onlara verməsini tələb ediblər.

Məlumatla bağlı İmişli rayon Qaz İstismar idarəsinin fikrini öyrənməyə çalışsaq da müdirin yerində olmadığını bildirdilər. İdarə əməkdaşlarının dedikləri bircə şey oldu "Bizlik bir şey yoxdur, getsinlər baş idarəyə şikayət etsinlər".

İmişli Qaz İstismar idarəsində sayğac özbaşınalığı (FOTO)
İmişli Qaz İstismar idarəsində sayğac özbaşınalığı (FOTO)
İmişli Qaz İstismar idarəsində sayğac özbaşınalığı (FOTO)





Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net