İsrail İranın birbaşa hücumuna hazırdır və buna cavab verəcək.
Vertikal.az APA-ya istinadla xəbər verir ki, bu barədə İsrail Baş naziri Benyamin Netanyahu xalqa videomüraciətində bildirib.
"Biz həm müdafiədə, həm də hücumda istənilən ssenariyə hazırıq. İsrail dövləti, ordusu, ictimaiyyət güclüdür", - o qeyd edib.