Britaniyadan Kremlə böyük zərbə: “İzah edin…”
Tarix: 16-10-2015, 12:49 | Çap et
Britaniyadan Kremlə böyük zərbə: “İzah edin…”
Rusiya izah etməlidir ki, Donbas qiyamçıları “Buratino” qurğularını necə ələ keçiriblər.

Axar.az xəbər verir ki, bu sözlər Böyük Britaniyanın ATƏT-dəki daimi nümayəndəliyinin Tvitterdəki hesabında yer alıb. Rəsmi London ATƏT-in 28 sentyabrda yayımladığı hesabata istinad edərək, Rusiyadan izahat tələb edib.

Qeyd edək ki, ATƏT öz hesabatında “Buratino” qurğularının Luqansk vilayətinin Kruqlik kəndində olduğunu bildirib. “TOS-1 Buratino” qurğuları Rusiyada istehsal olunub. Onlar heç bir zaman Ukraynaya ixrac edilməyib. Həmin qurğular termobarik raketlərlə də təchiz oluna bilərlər.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net