Ana Sayfa > Xəbər > Britaniyadan Kremlə böyük zərbə: “İzah edin…”
Britaniyadan Kremlə böyük zərbə: “İzah edin…”16-10-2015, 12:49. Yazar: admin |
Rusiya izah etməlidir ki, Donbas qiyamçıları “Buratino” qurğularını necə ələ keçiriblər. Axar.az xəbər verir ki, bu sözlər Böyük Britaniyanın ATƏT-dəki daimi nümayəndəliyinin Tvitterdəki hesabında yer alıb. Rəsmi London ATƏT-in 28 sentyabrda yayımladığı hesabata istinad edərək, Rusiyadan izahat tələb edib. Qeyd edək ki, ATƏT öz hesabatında “Buratino” qurğularının Luqansk vilayətinin Kruqlik kəndində olduğunu bildirib. “TOS-1 Buratino” qurğuları Rusiyada istehsal olunub. Onlar heç bir zaman Ukraynaya ixrac edilməyib. Həmin qurğular termobarik raketlərlə də təchiz oluna bilərlər. Geri dön |