YAP-çı deputat: “Ölkəmiz bu sınaqdan üzüağ çıxacaq”
Tarix: 3-04-2015, 15:43 | Çap et
YAP-çı deputat: “Ölkəmiz bu sınaqdan üzüağ çıxacaq”
“Kimsə, hansısa qüvvə I Avropa Oyunları ilə bağlı cəmiyyətdə mənfi rəy formalaşdırmağa çalışırsa, demək ki, o, Azərbaycan dövlətinə, onun milli maraqlarına qarşı çıxır. Ölkəmiz I Avropa Oyunlarına ev sahibliyi edəcək və bir ilkə imza atacaq”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Mirkazım Kazımov müxalif qüvvələrin I Avropa Olimpiya Oyunlarının baykot çağırışlarına münasibət bildirərkən belə deyib.

Onun sözlərinə görə, müxalif qüvvələr müəyyən beynəlxalq dairələrin saifarişini həyata keçirir:

“Azərbaycanın dünyada rolunun sürətlə artdığı, ölkəmizin sürətli inkişaf yoluna qədəm qoyduğu bir şəraitdə bəzi beynəlxalq qüvvələr, xüsusən erməni lobbisinə bağlı dairələr bundan dərin qısqanclıq keçirir, hər vəchlə dövlətimizin uğurlarına kölgə salmağa çalışılar. Bu məqsədlə təxribatçı çağırışlar edir, saxta hesabatlar yayırlar. Daxildəki satqın qüvvələrdən bu məqsədlə istifadə olunur. Onlar “Eurovision” öncəsi də bu cür çağırışlar səsləndirirdilər. Nəticə nə oldu? Ölkəmiz “Eurovision” yarışmasını ən yüksək səviyyədə təşkil etdi. Məkrli qüvvələr özləri pis vəziyyətdə qaldılar. I Avropa Olimpiya Oyunları öncəsi də oxşar ssenarini işə salıblar. Bu dəfə də nəyəsə nail olacaqlarına ümid edirlər. Amma unudurlar ki, Azərbaycan bu sınaqdan da üzüağ çıxacaq və yekunda rəzil duruma düşən elə özləri olacaq”.





Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net