Aygün Kazımovanın erməni yalanı üzə çıxdı: 45 yaşı var, yalan danışır
Tarix: 3-04-2015, 15:38 | Çap et
Aygün Kazımovanın erməni yalanı üzə çıxdı: 45 yaşı var, yalan danışır
Xalq artisti Aygün Kazımovanın ABŞ-da keçirilən "Big Apple Awards" mükafatından imtina etməsi narazılığa səbəb olub.

Xalq artistinin atdığı addımla bağlı "Big Apple Awards"ın rəsmisi, layihənin idarə heyyətinin sədri Gülşan Kurbanbayeva Azərbaycan mətbuataına açıq məktub ünvanlayıb. Məktubda bildirilir ki, xalq artisti mükafatlandırmada iştirak etməyi özü istəyib və həmkarı Brilliant Dadaşovanın aldığı mükafatdan almayacağı üçün mükafatdan imtina edib:

“Çox təəsüf edirik ki bizim üçün hər zaman musiqi və mədəniyyəti ilə qiymətli olan Azərbaycanda bu mövzu ilə gündəmə gəlirik. Bütün qeyd edəcəyimiz məlumatlarla bağlı Azərbaycan mətbuatına faktlar təqdim edəcəyik. Bildiyiniz kimi ötən il Brilliant Dadaşova bizim layihədə dünya musiqisinin ən hörmətli simalarının aldığı "Big Apple Awards" mükafatına layiq görülüb. Bu il isə ilk əvvəl sosial şəbəkələrdəki səhifəmizə Aygün Kazımova tərəfindən iştirak etmək istəyi ilə bağlı təklif gəldi. Biz isə Azərbaycanlı sənətçilərə hörmətlə yanaşan insanlar kimi razılaşdıq. Daha sonra bütün danışıqlar Aygünün məhz özü ilə aparıldı. O, şəxsi mail ünvanından iştirak anketini doldurub bizə göndərdi. Hətta biz onun qəbul edib dəvət göndərdikdən sonra təşəkkürünü bildirib xoşbəxt olduğunu da yazdı. Bütün bunları fakt olaraq məktuba əlavə edirik. Daha sonrakı mərhələdə Aygün xanım bizə sırf ötən il xalq artisti Brilliant Dadaşovanın aldığı mükafatdan “Big Apple Awards” almaq istədiyini söylədi. Biz isə cavabında kəskin etiraz edərək həmin mükafatın yalnız sənətkarlara verildiyini xatırladıb ona gələcəyi təqdirdə adəti olaraq ifaçılara verdiyimiz "Apple" mükafatını verəcəyimizə söz verdik. Daha sonra görünür Brilliant xanımın uğurunu təkrarlana bilməməsindən hiddətlənən Aygün mətbuata layihə ilə bağlı qeyri-dəqiq məlumatlar verdi. Biz isə öz növbəmizdə bütün mətbuat nümayəndələrinə həqiqəti sübut etməyə hazırıq. Hər hansı gənc ifaçının belə addım atması normal sayılsa da 45 yaşlı populyar bir müğənninin belə vasitələrdən öz məqsədləri üçün istifadə etməsi bizim üçün heç curə başa düşülməzdir. Və bu bizim bundan sonrada Azərbaycan musiqisinə dünya arenasında öz qiymətimizi verməyə mane olmayacaq".

Məsələ ilə əlaqədar “Qafqazinfo” Aygün Kazımovanın prodüseri Tarix Əliyev (Tolik) ilə əlaqə saxlayıb. Tolik səsləndirilən fikirlərin absurd olduğunu bildirib:

“Mən bilirəm o açıqlama kimin sifarişi ilə yazılıb. Aygün Snoop Doggla duet oxuyanda Gülşan Kurbanbayeva harada idi? Mənim ögey bacım Nyu Yorkda yaşayır və Dünya Azərbaycanlılarının Konqressinin təmsilçisidir. Məktubu ona göndərdim, mənə dedi ki, ola bilməz ki, rəsmi nümayəndə belə bir məktub yazsın.

Bu kiminsə sifarişi ilə yazılıb. Aygününü 45 yaşı var, onun kiməsə məktub göndərməyə vaxtı da yoxdur. Aygün xanım mükafatlandırmanı eşidəndə dedi ki, Tolik deyirlər müsabiqə qalmaqalllıdır, təşkilatçısı ermənidir. Aygün getmir deyə kiminləsə görüşdüyünü yazmaq doğru deyil. Nura Surinin bu məsələyə nə aidiyyatı var? Mən inanmıram ki, Brilliant Dadaşovanın da bu məsələdə əli var. Kimdirsə Brillianta yaltaqlanmaq üçün belə bir addım atıb. Keçən il verilən hədiyyə maşınlar hanı? Jurnalistlər araşdırsın. Müsabiqəyə Brilliant getdiyi üçün heç kim getməməlidir? Vizam var, oturub təyyarəyə 11 saat Amerkaya uçmaq mənim üçün çətin deyil. Gedib o qadınla məsələni aydınlaşdıraram. Onlar Aygünün”Facebook” səhifəsinin admini ilə yazışıblar, hətta pul da istəyiblər”.





Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net