ATƏT-ə məxsus avtomobillər yandırıldı
Tarix: 14-10-2015, 17:01 |
Çap et
Şərqi Ukraynanın Donetsk vilayətində ATƏT-in avtomobillərinə hücum qeydə alınıb.
AzVision.az “Euronews” telekanalına istinadən bildirir ki, gecə vaxtı dayanacaqdakı avtomobillərə seperatçılar tərəfindən od vurularaq yandırılıb.
ATƏT-in Ukrayna üzrə missiyasının rəhbəri Aleksandr Hug baş vermiş faktla əlaqədar açıqlamasında qeyd edib ki, bu hadisə ATƏT-in Ukraynadakı fəaliyyətinə qarşı törədilmiş növbəti təhtidlərdən biridir. Güman ki, bu hadisəni törədənlər ATƏT-in bölgədəki fəaliyyətini əngəlləməyi hədəfləyirlər.