Ana Sayfa > Xəbər > ATƏT-ə məxsus avtomobillər yandırıldı
ATƏT-ə məxsus avtomobillər yandırıldı14-10-2015, 17:01. Yazar: admin |
Şərqi Ukraynanın Donetsk vilayətində ATƏT-in avtomobillərinə hücum qeydə alınıb. AzVision.az “Euronews” telekanalına istinadən bildirir ki, gecə vaxtı dayanacaqdakı avtomobillərə seperatçılar tərəfindən od vurularaq yandırılıb. ATƏT-in Ukrayna üzrə missiyasının rəhbəri Aleksandr Hug baş vermiş faktla əlaqədar açıqlamasında qeyd edib ki, bu hadisə ATƏT-in Ukraynadakı fəaliyyətinə qarşı törədilmiş növbəti təhtidlərdən biridir. Güman ki, bu hadisəni törədənlər ATƏT-in bölgədəki fəaliyyətini əngəlləməyi hədəfləyirlər. Geri dön |