Bakıda mağaza yarıldı
Tarix: 14-10-2015, 12:45 | Çap et
Bakıda mağaza yarıldı
Bakıda Buzovna qəsəbə sakini Kamran Əliyevə məxsus mağaza qarət olunub.

Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, mağazadan qapının şüşəsi sındırılmaqla pul, tütün məmulatları, ətir və şampunlar oğurlanıb.

Xəzər Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, qarəti törətməkdə şüihəli bilinən Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Mirvaqif Məmmədzadə tutulub.

Faktla bağlı araşdırma aparılır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net