Ana Sayfa > Xəbər > Bakıda mağaza yarıldı
Bakıda mağaza yarıldı14-10-2015, 12:45. Yazar: admin |
Bakıda Buzovna qəsəbə sakini Kamran Əliyevə məxsus mağaza qarət olunub. Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, mağazadan qapının şüşəsi sındırılmaqla pul, tütün məmulatları, ətir və şampunlar oğurlanıb. Xəzər Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, qarəti törətməkdə şüihəli bilinən Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Mirvaqif Məmmədzadə tutulub. Faktla bağlı araşdırma aparılır. Geri dön |