Şabranda məlumat yayıldı: Elza Seyidcahan deputat OLACAQ
Tarix: 12-10-2015, 13:29 | Çap et
Şabranda məlumat yayıldı: Elza Seyidcahan deputat OLACAQ
54 saylı Şabran-Siyəzən Seçki dairəsindən deputatlığa namizədlər arasında iki əsas rəqib var. Onlardan biri hakim Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Tahir Süleymanov, digəri isə bəstəkar-müğənni Elza Seyidcahandır.

Bu dairədə qeydiyyatda olan seçicilərin isə daha çox Elza Seyidcahana səs verəcəyi gözlənilir. Bu barədə seçicilər Modern.az saytına bildiriblər.
Qeyd olunub ki, adıçəkilən seçki dairəsində Tahir Süleymanov elə də böyük nüfuza malik deyil. Seçicilər bunu belə əsaslandırıb ki, Tahir Süleymanov Milli Məclisdə onların problemlərini qabartmır, şikayətlərini lazımi instansiyalara çatdırmır.

Qeyd edək ki, Elza Seyidcahan YAP üzvü olsa da, öz təşəbbüsü ilə namizədliyini verib və qeydə alınıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net