Ana Sayfa > Xəbər > Şabranda məlumat yayıldı: Elza Seyidcahan deputat OLACAQ
Şabranda məlumat yayıldı: Elza Seyidcahan deputat OLACAQ12-10-2015, 13:29. Yazar: admin |
54 saylı Şabran-Siyəzən Seçki dairəsindən deputatlığa namizədlər arasında iki əsas rəqib var. Onlardan biri hakim Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Tahir Süleymanov, digəri isə bəstəkar-müğənni Elza Seyidcahandır. Bu dairədə qeydiyyatda olan seçicilərin isə daha çox Elza Seyidcahana səs verəcəyi gözlənilir. Bu barədə seçicilər Modern.az saytına bildiriblər. Qeyd olunub ki, adıçəkilən seçki dairəsində Tahir Süleymanov elə də böyük nüfuza malik deyil. Seçicilər bunu belə əsaslandırıb ki, Tahir Süleymanov Milli Məclisdə onların problemlərini qabartmır, şikayətlərini lazımi instansiyalara çatdırmır. Qeyd edək ki, Elza Seyidcahan YAP üzvü olsa da, öz təşəbbüsü ilə namizədliyini verib və qeydə alınıb. Geri dön |