882 nəfər deputatlığa namizəd oldu
Tarix: 2-10-2015, 17:27 | Çap et
882 nəfər deputatlığa namizəd oldu
Bu il keçiriləcək parlament seçkilərində iştirak etmək istəyən 882 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

AzVision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib. Sədr bildirib ki, seçkilərdə iştirak etmək üçün 1823 nəfər müraciət edib:

“Onlardan 572-i siyasi partiyalar, 62 nəfəri “Azadlıq-2015” seçki bloku, 3-ü təşəbbüs qrupu tərəfindən, 1 186 nəfər isə öz təşəbbüsü ilə namizədliyini irəli sürüb. 1 805 şəxsin namizədliyinin irəli sürülməsi təsdiq edilib. Deputatlığa namizədliyini irəli sürənlərdən 1750 nəfər imza vərəqəsi alıb. 1365 nəfər imza vərəqələrini qaytarıb”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net