Ana Sayfa > Xəbər > 882 nəfər deputatlığa namizəd oldu
882 nəfər deputatlığa namizəd oldu2-10-2015, 17:27. Yazar: admin |
Bu il keçiriləcək parlament seçkilərində iştirak etmək istəyən 882 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. AzVision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib. Sədr bildirib ki, seçkilərdə iştirak etmək üçün 1823 nəfər müraciət edib: “Onlardan 572-i siyasi partiyalar, 62 nəfəri “Azadlıq-2015” seçki bloku, 3-ü təşəbbüs qrupu tərəfindən, 1 186 nəfər isə öz təşəbbüsü ilə namizədliyini irəli sürüb. 1 805 şəxsin namizədliyinin irəli sürülməsi təsdiq edilib. Deputatlığa namizədliyini irəli sürənlərdən 1750 nəfər imza vərəqəsi alıb. 1365 nəfər imza vərəqələrini qaytarıb”. Geri dön |