Bu dəfə mülkiləri Səudiyyə bombaladı - 12 ölü
Tarix: 2-10-2015, 17:23 | Çap et
Bu dəfə mülkiləri Səudiyyə bombaladı - 12 ölü
Yəməndə husilərə qarşı Səudiyyə Ərəbistanının başçılığı ilə hərbi hava əməliyyatları davam edir.

Axar.az xəbər verir ki, bu gecə təşkil edilən əməliyyatlarda husilər və onları dəstəkləyən Yəmənin sabiq prezidenti Əli Abdullah Salehi tərəfdarlarının mövqeləri də bombalanıb.

O cümlədən, husilər tərəfindən ələ keçirilən və silah anbarı kimi istifadə edilən Yəmən Dövlət Televiziyasının binası da koalisiya qüvvələri tərəfindən dağıdılıb.

Bildirilir ki, hava əməliyyatları bəzi yaşayış yerlərinə də ciddi ziyan vurub. Məlumata görə, 12 mülki vətəndaş həlak olub.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net