Ana Sayfa > Xəbər > Bu dəfə mülkiləri Səudiyyə bombaladı - 12 ölü
Bu dəfə mülkiləri Səudiyyə bombaladı - 12 ölü2-10-2015, 17:23. Yazar: admin |
Yəməndə husilərə qarşı Səudiyyə Ərəbistanının başçılığı ilə hərbi hava əməliyyatları davam edir. Axar.az xəbər verir ki, bu gecə təşkil edilən əməliyyatlarda husilər və onları dəstəkləyən Yəmənin sabiq prezidenti Əli Abdullah Salehi tərəfdarlarının mövqeləri də bombalanıb. O cümlədən, husilər tərəfindən ələ keçirilən və silah anbarı kimi istifadə edilən Yəmən Dövlət Televiziyasının binası da koalisiya qüvvələri tərəfindən dağıdılıb. Bildirilir ki, hava əməliyyatları bəzi yaşayış yerlərinə də ciddi ziyan vurub. Məlumata görə, 12 mülki vətəndaş həlak olub. Geri dön |