
2006-cı ildə Hindistanın Mumbay şəhərində dəmiryol xəttində törədilən terror aktına görə, saxlanılan 12 nəfərdən 5-i haqqında ölüm hökmü çıxarılıb.
Axar.az xəbər verir ki, həbs edilənlərdən qalan 7 nəfəri ömürlük həbs cəzasına məhkum edilib.
Qeyd edək ki, hadisəni törədənlərin Pakistanın “Ləşkər-i Tayyibə” adlı təşkilatı ilə bağlı olduğu bildirilir.
Xatırladaq ki, 2006-cı ildə Hindistanın Mumbay şəhərində dəmiryol xəttinə quraşdırılan partlayıcı qurğunun işə düşməsi nəticəsində 180-dən çox insan ölmüş, yüzlərlə insan isə yaralanmışdı.