Ana Sayfa > Xəbər > 9 ildən sonra 5 nəfər edam ediləcək
9 ildən sonra 5 nəfər edam ediləcək1-10-2015, 10:13. Yazar: admin |
2006-cı ildə Hindistanın Mumbay şəhərində dəmiryol xəttində törədilən terror aktına görə, saxlanılan 12 nəfərdən 5-i haqqında ölüm hökmü çıxarılıb. Axar.az xəbər verir ki, həbs edilənlərdən qalan 7 nəfəri ömürlük həbs cəzasına məhkum edilib. Qeyd edək ki, hadisəni törədənlərin Pakistanın “Ləşkər-i Tayyibə” adlı təşkilatı ilə bağlı olduğu bildirilir. Xatırladaq ki, 2006-cı ildə Hindistanın Mumbay şəhərində dəmiryol xəttinə quraşdırılan partlayıcı qurğunun işə düşməsi nəticəsində 180-dən çox insan ölmüş, yüzlərlə insan isə yaralanmışdı. Geri dön |