ABŞ ordusunun Azərbaycan kuratoru istefaya gedir
Tarix: 30-09-2015, 10:37 | Çap et
ABŞ ordusunun Azərbaycan kuratoru istefaya gedir
ABŞ Müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya üzrə köməkçisi Evelin Farkas oktyabrın sonunda istefaya gedə bilər.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı ABŞ-ın “Politiko” qəzeti yayıb. Farkas bu addımı ABŞ-Rusiya münasibətlərindəki çətin situasiya və qeyri-müəyyənliyə görə atır.

Qeyd edək ki, Farkas Ukraynaya 240 milyon dollar hərbi yardımın ayrılmasında mühüm rol oynayan şəxslərdən biridir. O, həmçinin Monteneqronun NATO-ya üzvlüyünün dəstəklənməsi və Gürcüstanla ABŞ-ın hərbi əlaqələrinin genişlənməsindəki rolu ilə də məşhurdur.

Farkas sentyabrın 18-də Bakıya səfər edib. O, Bakıda keçirdiyi mətbuat konfransında Azərbaycanı ABŞ-ın strateji müttəfiqi adlandırıb. Politoloqlar isə həmin səfəri məhz Vaşinqtonun Moskvaya Azərbaycanla bağlı verdiyi cavab adlandırmışdılar.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net