Ana Sayfa > Xəbər > ABŞ ordusunun Azərbaycan kuratoru istefaya gedir
ABŞ ordusunun Azərbaycan kuratoru istefaya gedir30-09-2015, 10:37. Yazar: admin |
ABŞ Müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya üzrə köməkçisi Evelin Farkas oktyabrın sonunda istefaya gedə bilər. Axar.az xəbər verir ki, bu barədə informasiyanı ABŞ-ın “Politiko” qəzeti yayıb. Farkas bu addımı ABŞ-Rusiya münasibətlərindəki çətin situasiya və qeyri-müəyyənliyə görə atır. Qeyd edək ki, Farkas Ukraynaya 240 milyon dollar hərbi yardımın ayrılmasında mühüm rol oynayan şəxslərdən biridir. O, həmçinin Monteneqronun NATO-ya üzvlüyünün dəstəklənməsi və Gürcüstanla ABŞ-ın hərbi əlaqələrinin genişlənməsindəki rolu ilə də məşhurdur. Farkas sentyabrın 18-də Bakıya səfər edib. O, Bakıda keçirdiyi mətbuat konfransında Azərbaycanı ABŞ-ın strateji müttəfiqi adlandırıb. Politoloqlar isə həmin səfəri məhz Vaşinqtonun Moskvaya Azərbaycanla bağlı verdiyi cavab adlandırmışdılar. Geri dön |