Türkiyədə tarixi hadisə: hakim səhvlərinə görə canlı yayımda üzr istədi
Tarix: 29-09-2015, 10:54 | Çap et
Türkiyədə tarixi hadisə: hakim səhvlərinə görə canlı yayımda üzr istədi
Türkiyə çempionatında “Kasımpaşa” – “Rizəspor” oyunundan sonra qəribə hadisə baş verib. Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, oyunun hakimi Dəniz Çoban qarşılaşmadan dərhal sonra canlı yayımda hər iki komandadan üzr istəyib.

Heç-heçə (1-1)hesabı ilə başa çatan oyunda “Rizəspor”un 2 oyunçusuna qırmızı vərəqə verən, əsas vaxta əlavə edilmiş 6-cı dəqiqədə isə “Kasımpaşa”nın qapısına penalti təyin edən hakim oyundan dərhal sonra videotəkrarlara baxdığını deyib.

Dəniz Çoban “Kasımpaşa”nın baş məşqçisi Rza Çalımbay Lig Tv-yə müsahibə verərkən yayıma qoşulub. O, hər iki komanda ilə yanaşı Türkiyə Futbol Federasiyasından və Mərkəz Hakimlər Təşkilatından da üzr istəyib: “Çox məyus olmuşam, hamıdan üzr istəyirəm. Bəlkə də hakimlik karyeramın sonuna çatışam, özümlə bağlı qərar verməliyəm”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net