Rusiya: “Yanukoviçin borclarını silməyəcəyik”
Tarix: 16-09-2015, 12:37 | Çap et
Rusiya: “Yanukoviçin borclarını silməyəcəyik”
Rusiya Ukraynanın 3 milyard dollar borcunu silmək fikrində deyil.

Axar.az xəbər verir ki, bunu Rusiya Federasiyasının Maliyyə nazirinin müavini Sergey Storçak söyləyib.

Onun sözlərinə görə, Rusiya Federasiyasının Ukraynanın borcu ilə bağlı mövqeyi dəyişməyib:

“Bu, Beynəlxalq Valyuta Fondunun işidir. Biz bunun bizə, yəni Rusiya Federasiyasına aid olduğunu düşünmürük. Güman edirik ki, borc da tam və vaxtında geri qaytarılacaq”.

Qeyd edək ki, 2013-ci ilin dekabrında Viktor Yanukoviç Aİ ilə assosiasiya sazişi imzalamaqdan imtina edəndən sonra Rusiya Ukraynaya 15 milyard dollar kredit ayırmışdı. Moskva ilə əldə olunan razılığa əsasən, Ukraynaya ilkin olaraq ümumi kreditin 3 milyard dolları verilmişdi.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net