Ana Sayfa > Xəbər > Rusiya: “Yanukoviçin borclarını silməyəcəyik”
Rusiya: “Yanukoviçin borclarını silməyəcəyik”16-09-2015, 12:37. Yazar: admin |
Rusiya Ukraynanın 3 milyard dollar borcunu silmək fikrində deyil. Axar.az xəbər verir ki, bunu Rusiya Federasiyasının Maliyyə nazirinin müavini Sergey Storçak söyləyib. Onun sözlərinə görə, Rusiya Federasiyasının Ukraynanın borcu ilə bağlı mövqeyi dəyişməyib: “Bu, Beynəlxalq Valyuta Fondunun işidir. Biz bunun bizə, yəni Rusiya Federasiyasına aid olduğunu düşünmürük. Güman edirik ki, borc da tam və vaxtında geri qaytarılacaq”. Qeyd edək ki, 2013-ci ilin dekabrında Viktor Yanukoviç Aİ ilə assosiasiya sazişi imzalamaqdan imtina edəndən sonra Rusiya Ukraynaya 15 milyard dollar kredit ayırmışdı. Moskva ilə əldə olunan razılığa əsasən, Ukraynaya ilkin olaraq ümumi kreditin 3 milyard dolları verilmişdi. Geri dön |