10 milyona az qaldı
Tarix: 15-09-2015, 17:42 | Çap et
10 milyona az qaldı
Bu ilin əvvəlindən Azərbaycan əhalisinin sayı 61,9 min nəfər və ya 0,6% artaraq 2015-ci il avqust ayının 1-i vəziyyətinə 9 mln. 654,9 min nəfərə çatıb.

AzVision.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əhalinin sıxlığı bir kvadrat kilometrə 111 nəfərdir. Əhalinin 53,2%-ni şəhər, 46,8%-ni isə kənd sakinləri təşkil edir. Əhalinin 49,8%-i kişilər, 50,2%-i isə qadınlardır. Hazırda orta hesabla hər 1000 kişiyə 1009 qadın düşür.

Bu ilin yanvar-iyul ayları ərzində ölkədə 93,6 min körpə doğulub və əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 16,9 təşkil edib. Doğulan körpələrin 53,2%-i oğlan, 46,8%-i isə qızlardır. Doğulan körpələrdən 1704-ü əkiz, 48-i isə üçəmdir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
07-08-2025 16:22
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net