AB qaçqınlara görə razılığa gələ bilmədi
Tarix: 15-09-2015, 12:07 |
Çap et
Avropa Birliyi (AB) İtaliya, Yunanıstan və Macarıstana gələn 120 min qaçqının bölüşdürülməsi planı üzrə razılığa gələ bilməyib.
Luksemburqun xarici işlər naziri Jean Asselborn sentyabrın 14-də AB daxili işlər nazirlərinin görüşündən sonra deyib ki, “Şuranın bu gün belə bir qərar verməsi hələ tezdir”.
Asselborn-un sözlərinə görə, “durum təcili olsa da, prosedurlara əməl etməliyik”.
Çexiya, Slovakiya və Macarıstan fövqəladə toplantıya qarşı çıxırdı.
Macarıstan polisi bildirib ki, sentyabrın 14-də Serbiya ilə sərhədi keçən 9380 nəfər saxlanıb. Sentyabrın 15-dən ölkədə yeni qanunlar qüvvəyə minir, məqsəd Yaxın Şərqdən miqrant axını ilə mübarizə aparmaqdır.